Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var


Sosial 23 Noy 2019 17:32:09 390 0

Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

Biləsuvar rayonunda yol qəzası baş verib.

© Report

Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 63-cü kilometrliyində, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,"Mercedes" markalı minik avtmobili "Şkoda" minik maşınına arxadan çırpılıb. Zərbənin gücündən "Şkoda" markalı avtomobil bir neçə dəfə aşdıqdan sonra yol kənarındakı maneəni dağıdaraq boş su kanalına düşüb.Hadisə nəticəsində "Şkoda" markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıblar. Yaralıların adları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.