Göygöldə dərədən kişi meyiti tapılıb


Sosial 22 Noy 2019 20:14:16 375 0

Göygöldə dərədən kişi meyiti tapılıb

Göygöl rayonunda naməlum kişi meyiti tapılıb.

Göygöl rayonunda naməlum kişi meyiti tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Balçılı kəndində, "Kəhriz" deyilən ərazidə qeydə alınıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Meyitin Daşkəsən rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar İmanova aid olduğu müəyyənləşib. O, Gəncə şəhəri Natavan qəsəbəsində yaşayırmış. Meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun dəqiq ölüm səbəbi isə aparılan tibbi ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.