Biləsuvarda qəzada yanıq xəsarəti alan digər sürücü Bakıya göndərilib


Sosial 22 Noy 2019 14:25:21 354 0

Biləsuvarda qəzada yanıq xəsarəti alan digər sürücü Bakıya göndərilib

​Biləsuvar rayonunda benzin daşıyan avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alanlardan biri Bakıya göndərilib.

Biləsuvar rayonundabenzin daşıyan avtomobilin qəzaya uğraması nəticəsindəxəsarət alanlardan biri Bakıya göndərilib.

"Report"un Muğan bürosunun məlumatına görə,köməkçi sürücü, 1987-ci il təvəllüdlü Məmmədov Emin Sarıbaba oğlunun vəziyyəti ağır olduğundan Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından paytaxtdakı xəstəxanalardan birinə köçürülüb.

Qeyd edək ki, bu günBakıdan Naxçıvana gedən 1978-ci il təvəllüdlü Kələntərov Yavər Rəşid oğlunun idarə etdiyi "DAF" markalı 99-CZ-868 dövlət qeydiyyatı nişanlı yanacaqla dolu avtomobil yol kənarına aşıb və nəticədə yanğın baş verib. Hadisədəavtomobilin yanar hissələri, eləcə dəçəndə olan 38 ton “Aİ-93” markalı benzin yanıb. Y.Kələntərovun meyiti yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. E.Məmmədov isə əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.