Bakıda oğru marketi qarət edib, 2 nəfəri bıçaqlayıb


Sosial 22 Noy 2019 00:14:05 297 0

Bakıda oğru marketi qarət edib, 2 nəfəri bıçaqlayıb

Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib

Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində yerləşən "Araz" marketdə qeydə alınıb.

Belə ki, mağazaya girən oğru 2 nəfəri - 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 1992-ci il təvəllüdlü İsgəndərov Məhəmməd Ələsgər oğlunu bıçaqlayıb.

Hər iki yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

V.Şıxıyevə sol döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu qoyulub və cərrahiyyə şöbəsinə, M.İsgəndərova isə sol qoltuqaltı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.