Lənkəranda avtomobil qadın piyadanı vuraraq öldürüb


Sosial 20 Noy 2019 21:30:46 299 0

Lənkəranda avtomobil qadın piyadanı vuraraq öldürüb

Lənkəranda avtomobil qadın piyadanı vuraraq öldürüb

Lənkəranda avtomobil qadın piyadanı vuraraq öldürüb.

"Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə Qumbaşı kəndiində baş verib.

Rayonun Liman şəhər Həzi Aslanov küçəsində yaşayan təxminən 55-60 yaşlı Balaqız Abdulhüseyn qızı Quliyevanı "VAZ-2107" markalı avtomobil vuraraq hadisə yerindən qaçıb. Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, müayinə zamanı onun öldüyü müəyyənləşib. Qəza şahidlərinin məlumatı əsasında hadisəni törədən "44-BN-751" dövlət qeydiyyat nişanlı,"VAZ-2107" markalı avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.