Gürcüstan prezidentinin hədiyyəsi Allahşükür Paşazadəyə təqdim olunub


Sosial 20 Noy 2019 16:15:57 284 0

Gürcüstan prezidentinin hədiyyəsi Allahşükür Paşazadəyə təqdim olunub

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə arasında görüş keçirilib.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə dünya dini liderlərinin II Sammitinin Bakıda keçirilməsinin əhəmiyyəti müzakirə olunub.

QMİ sədri tədbirdə fəal iştiraka görə Gürcüstan tərəfinə minnətdarlığını bildirib.

Görüşün sonunda Z.Pataradze A.Paşazadəni 70, onun Şeyxülislamlıq fəaliyyətinin 40-cı yubileyi münasibətilə bir daha təbrik edib. Səfir Gürcüstan prezidenti Salome Zurabişvilinin adından yüksək keyfiyyətlə nəşr olunan “Pələng dərisi geymiş pəhləvan” kitabını QMİ sədrinə hədiyyə edib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək