Xəzər dənizində batan şəxsin meyiti tapılıb


Sosial 19 Noy 2019 16:57:32 339 0

Xəzər dənizində batan şəxsin meyiti tapılıb

Xəzər dənizində batan şəxsin meyiti tapılıb.

Xəzər dənizində batan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, noyabrın 18-dəXəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında batan 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun axtarışları başa çatıb.

İ.Şərifovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.