Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir


Sosial 18 İyl 2019 18:33:43 52 0

Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq respubika əhəmiyyətli yollarının yenidən qurulması ilə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası uğurla davam edir. Onlardan biri də Şirvan-Salyan avtomobil yoludur. Bu yolun yenidən qurulması ilə bağlı həyata keçirilən layihə sübut edir ki, ölkəmizdə avtomobil yollarının tikintisi və yenidən qurulması davamlı xarakter alıb.

Şirvan-Salyan avtomobil yolu uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu. Yol boyu torpaq yatağında, həmçinin örtükdə qabarma və dağılmalar yaranmışdı. Bu isə rahat şəkildə gediş-gəlişə maneəşilik yaradırdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri ilə bu problem aradan qaldırılır.

 

Uzunluğu 31 km olan Şirvan-Salyan avtomobil yolu Salyan və Şirvan rayonları arasında yerləşir. Yolun başlanğıcı Şirvan şəhəri, sonu isə M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47-ci km-dir.

 

II texniki dərəcəyə uyğun yenidən qurulan avtomobil yolunun ümumi eni 15 metr təşkil edir. Bura 7.5 metr enində hərəkət hissə, və hər bir sitiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla bərabər 3.75 metr təşkil edəcək.

 

Layihə çərçivəsində yolun normativ eninin alınması üçün zəruri olan yerlərdə genilədirmə işləri aparılıb, yolun deformasiyaya uğramiş yatağı qazılaraq çıxarılıb, genişləndirilmiş və qazılaraq çıxarılmış ərazilərə yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib.

                                                        

Torpaq yatağı hazır olan hissələrdə yol əsasının inşası və asfaltlanma işləri aparılır. 3 laydan ibarət asfalt-beton örtüyü ümumilikdə yolun 280 min kv.m-dən çox sahəsinə döşənəcək.


Layihəyə uyğun olaraq  yol boyu mövcud suötürücü borular köhnəlib sıradan çıxdığı üçün yenilərinin inşası aparılır. Bunun üçün yola müxtəlif diametrlərə malik 29 ədəd suötürücü dəmir-beton borular quraşdırılır, yolun 15.4-cü km-də suötürücü qurğu inşa edilir.

 

Bundan başqa tikinti işləri çərçivəsində avtobus dayanacaqları inşa ediləcək, yolda hərəkətin normal təşkili üçün zəruri olan hissələrdə yol nişanı və məlumatverici lövhə, km göstəricisi və siqnal dirəyi quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

 

Qeyd edək ki, respublika əhəmiyyətli yolun tikintisi başa çatdıqdan sonra 20 yaşayış məntəqəsinin 120 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq. Bu tədbirlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini göstərir. Yolun yenidən qurulması ərazidə yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaranacaq. Bu da kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək.


Xəbərə aid fotolar

Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir (FOTO) like
  • 18 İyl 18:32  
Digərləri Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir (FOTO)

Respubika əhəmiyyətli yollarının yenidən qurulması ilə müasir səviyyə

arrow Ətraflı
“Məni saf ana olaraq təmsil edir” like
  • 18 İyl 18:29  
Digərləri “Məni saf ana olaraq təmsil edir”

Türkiyəli model Selda Car fotosu ilə sosial medianın gündəmindədir.

arrow Ətraflı
Türkiyədə avtobusu daşa basdılar like
  • 18 İyl 18:19  
Dünya Türkiyədə avtobusu daşa basdılar

Türkiyədə sərnişinlərin birinin avtobusa atdığı daş nəticəsində bir

arrow Ətraflı
EYOF-da çıxış edəcək güləş yığmalarımızın heyəti açıqlanıb (FOTO) like
  • 18 İyl 18:15  
Digərləri EYOF-da çıxış edəcək güləş yığmalarımızın heyəti açıqlanıb (FOTO)

İyulun 21-də Bakıda start götürəcək Avropa Gənclərinin Yay Olimpiya Fes

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 18 İyl 18:14  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

İyulun 19-na manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Tanınmış şairə vəfat etdi like
  • 18 İyl 18:11  
Kriminal Tanınmış şairə vəfat etdi

Şairə, Əməkdar incəsənət xadimi Kəmalə Ağayeva vəfat edib.

arrow Ətraflı
DİQQƏTLİ OLUN! Antisanitar şəraitdə fəaliyyət göstərən pendir sexi aşkarlandı like
  • 18 İyl 18:09  
Digərləri DİQQƏTLİ OLUN! Antisanitar şəraitdə fəaliyyət göstərən pendir sexi aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin

arrow Ətraflı
Müdafiə naziri Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb like
  • 18 İyl 18:00  
Digərləri Müdafiə naziri Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov

arrow Ətraflı
AB Türkiyəyə “ikinci cəbhə” açdı: Nə baş verir? like
  • 18 İyl 17:59  
Dünya AB Türkiyəyə “ikinci cəbhə” açdı: Nə baş verir?

Qaz yataqları ətrafında mübahisə Türkiyəyə qarşı "ikinci cəbhə&

arrow Ətraflı
KOBİAnın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb like
  • 18 İyl 17:57  
Digərləri KOBİAnın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tə

arrow Ətraflı
Xətaidə köşk yanıb like
  • 18 İyl 17:55  
Digərləri Xətaidə köşk yanıb

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 25 m² olan taxtadan ibarət

arrow Ətraflı