Məktəb direktorundan rüşvət almaqda təqsirləndirilən sayt rəhbərinin vəsatəti təmin edilməyib


Sosial 24 Sen 2018 17:45:43 291 0

Məktəb direktorundan rüşvət almaqda təqsirləndirilən sayt rəhbərinin vəsatəti təmin edilməyib

Prosesdə oktyabrın 1-dək təxirə salınıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "amerikapress.com" saytının rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.

Vəsatət təmin ediıməyib.

Qərar təqsirləndirilən R.Sultanovun etirazına səbəb olub.Hakim sənədlərin tədqiq mərhələsinə başlamaq istəsə də, R.Sultanov onu qanunsuz qərar qəbul etməkdə ittiham edib.Məhkəmə təqsirləndirilən şəxsə xəbərdarlıq edib.

Prosesdə oktyabrın 1-dək təxirə salınıb.

İttiham aktına əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində R.Sultanov yaşadığı evdə rüşvət alarkən yaxalanıb.

O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinir.

R.Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb. Bundan əvvəl o, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilib.