Prokurorluq bəraət alan qadınla bağlı hökmdən apellyasiya protesti verib


Sosial 21 Sen 2018 09:41:16 277 0

Prokurorluq bəraət alan qadınla bağlı hökmdən apellyasiya protesti verib

Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib

Bakı Apellyasiya Məhkəməsində Məhkəməsində 80 min manatlıq dələduzluqda təqsirləndirilən Dürdanə Əhmədovanın barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqisrləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib.

İttiham aktına əsasən, D.Əhmədova öz yaşayış evini Ramin Məmmədova 80 min manata satıb. Lakin o, pulu aldıqdan sonra həmin evi başqa şəxsə də satıb.

Zərərçəkmişin şikayəti əsasında D.Əhmədova barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurma ilə dələduzluq) maddəsi ilə ittiham irləli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində bəraət hökmü çıxarılıb. Lakin qadın başqa cinayət işi üzrə həbsdə olduğundan məhkəmədən azadlığa buraxılmayıb.

Xatırladaq ki, D.Əhmədova başqa bir dələduzluq cinayətində təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib.