Goranboyda şirkətin sürücüsü və mühafizəçisi işlədikləri şirkətdən 17 min dollar oğurlayıb


Sosial 14 Sen 2018 12:44:09 297 0

Goranboyda şirkətin sürücüsü və mühafizəçisi işlədikləri şirkətdən 17 min dollar oğurlayıb

Fakt üzrə araşdırmalar davam etdirilir

Goranboy rayonunda şirkətdən oğurluq olub.

“Report”un xəbərinə görə, Türkiyə vətəndaşı Necati Serkan Temizə məxsus “Tac” pərdə topdan satış mərkəzindəki seyfdən 17 min dollar pul oğurlanıb.

Oğurluğu törədən şirkətin sürücüsü Ağasəf Seyidov və mühafizəçi Elmir Əliyev saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.