Bakıda iki nəfərin ölümünə səbəb olan Gürcüstan vətəndaşına hökm oxunub


Sosial 13 Sen 2018 15:21:28 263 0

Bakıda iki nəfərin ölümünə səbəb olan Gürcüstan vətəndaşına hökm oxunub

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan Gürcüstan vətəndaşı Tarieli Kakabadzenin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il aprelin 21-i saat 01 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı T.Kakabadzenin idarə etdiyi “Renault” (yük) və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədov orada ölüb.