"Report" Agentliyi "Media məktəbi"nin növbəti qrupu üçün təlim proqramına start verib


Sosial 11 Sen 2018 11:52:00 299 0

"Report" Agentliyi "Media məktəbi"nin növbəti qrupu üçün təlim proqramına start verib

Tədris dövründə yerli və xarici media mütəxəssislərinin gənc jurnalistlərə ustad dərsləri keçməsi də planlaşdırılır

"Report" İnformasiya Agentliyi "Media Məktəbi"nin növbəti qrupu üçün təlim proqramına start verib.

"Report"a müraciət etmiş 8 nəfər gənc iki ay ərzində agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək.

"Report"İnformasiya Agentliyinin Baş redaktoru Murad Əliyevtəlim proqramının iştirakçıları ilə görüşdəbildirib ki,"Media Məktəbi"nin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaqdır. Onun sözlərinə görə, məktəbdə tədrisin ən yeni üsullarla aparılması, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi nəzərdə tutulub.

Tədris dövründə yerli və xarici media mütəxəssislərinin gənc jurnalistlərə ustad dərsləri keçməsi də planlaşdırılır.

Qeyd edək ki, "Report" İnformasiya Agentliyinin "Media Məktəbi" 2018-ci iliniyun ayında fəaliyyətə başlayıb. Altı gənc 2018-ci ilin iyun-iyul aylarında xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayıb, jurnalistika peşəsinin sirlərinə yiyələniblər. İlk buraxılışın məzunlarına sertifikat təqdim edilib.