Azərbaycan və Ukrayna universitetləri birgə bakalavr hazırlığına başlayır - FOTO


Sosial 06 Sen 2018 13:43:47 333 0

Azərbaycan və Ukrayna universitetləri birgə bakalavr hazırlığına başlayır  - FOTO

Poltava Milli Texniki Universitetində Uktayna – Azərbaycan Mədəniyyət Mərkəzi açılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitet (PMTU) arasında ikili diplomlar proqramı əsasında müştərək bakalavr hazırlığına dair saziş imzalanıb.

“Report”un verdiyi xəbərə görə, sazişi ADNSU rektoru Mustafa Babanlı və PMTU rektoru Vladimir Onişenko imzalayıblar.

Bununla yanaşı, hər iki rektor PMTU-da Ukrayna – Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak ediblər.