“Min bir gecə” istirahət mərkəzində oğurluq olub


Sosial 05 Sen 2018 10:57:37 259 0

“Min bir gecə” istirahət mərkəzində oğurluq olub

Faktla bağlı araşdırma aparılır

Bakıda məşhur istirahət mərkəzində oğurluq olub.

“Report”un xəbərinə görə, Səbail rayonu, Şıx çimərliyində yerləşən “Min bir gecə” istirahət mərkəzində turist kimi istirahət edən İraq vətəndaşı Mocyad Qasım Muhammed Səbail rayon Polis İdarəsinə müraciət edərək həmin obyektdə 2500 dollar və 2000 manat pulunun oğurlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.