Azərbaycanda 50 bioloji fəallığa malik qida əlavəsinin satışı qadağan olunub - SİYAHI


Sosial 04 Sen 2018 12:23:33 292 0

Azərbaycanda  50 bioloji fəallığa malik qida əlavəsinin satışı qadağan olunub - SİYAHI

Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkar olunub. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, aşağıda adları qeyd olunan həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz.

“Report”un xəbərinə görə, Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edib.

Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Bioloji fəallığa malik qida əlavəsi kimi idxalı, istifadəsi və satışı qadağan olunmuş dərman vasitələri

Sıra sayı Məhsulun adı İstehsalçı (firma və ölkə) Müayinənin nəticəsi 1 CEREBROVİT B 12 "Fortex Nutraceuticals Ltd", Bolqarstan dərman vasitəsi 2 Nutraxin Vitamin C "BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi 3 Nutraxin Ginkgo Biloba "BİOTABİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi 4 Kullinar kapsul №30 "Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə dərman vasitəsi 5 İNTRONEF "GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ dərman vasitəsi 6 NUTRAXİN PROPOLİS "BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi 7 Nutraxin A-Oxi formula "BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi 8 Zanuvit D3 damcı 20 ml "Santasya İlaç Kozm. Med. İtr. Paz. Sağ. və İnş Hizm. San Tic. Ltd. Şti.," Türkiyə dərman vasitəsi 9 ZİNOFEN FM kapsul №30 "Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə dərman vasitəsi 10 LUZAKTOL kapsul No.30 "Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə dərman vasitəsi 11 İNOSTRES tablet No.30 "GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ dərman vasitəsi 12 MULTİ_DAY kapsul No.30 "GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ dərman vasitəsi 13 FERSİLON tablet No.30 "GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ dərman vasitəsi 14 Montana tablet No.30 "Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə dərman vasitəsi 15 Sharks "Saşera-Med" MMC" Rusiya dərman vasitəsi 16 EROCTİVE "Saşera-Med" MMC" Rusiya dərman vasitəsi 17 PERKALSİN Laboratoarele Remedia, Ruminiya dərman vasitəsi 18 MAXİDAY Koç İlaç Ksisel Bakım ve Bitkisel Ürünler Sağ.Paz.İth.Uhr.San.Tic.Ltd.Sti./Koc Pharmaceuticals Co.LTD.-Türkiyə dərman vasitəsi 19 Vitaritm Vega İlaç Kozmetik Gida İmalat San.TicşLtd.Sti -Türkiyə dərman vasitəsi 20 MAKSİKOR Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 21 DEMETRA Par Pak d.o.o-Serbiya dərman vasitəsi 22 Enuro-N Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 23 LOVİSTERON Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 24 MELAC-B6 Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 25 RINASEPT BAL-LIMON Lozen Pharma-Hindistan dərman vasitəsi 26 Natural qurd qovucu Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə dərman vasitəsi 27 Likefil Afsannyl Bitkisel ve Kozmetik Ürünler Ticareti İthalatı İhracatı-Türkiyə dərman vasitəsi 28 Natural Multi Vitamin şərbət Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə dərman vasitəsi 29 NATURAL Kalsium Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə dərman vasitəsi 30 FURİYA Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 31 Avitron(tablet N60) GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə dərman vasitəsi 32 ASCORKAP West-pharma-East-Litva dərman vasitəsi 33 Immunitex tablet N30 Ornado Medicine S.R.L-İtaliya dərman vasitəsi 34 SWISS ENERGY VITAMIN C 550 mg N20 KENDLY LTD-Bolqarıstan dərman vasitəsi 35 GRENOVIT(istehsalçı ölkədə MULTİOMEGA) Domowa Apteczka-Polşa dərman vasitəsi 36 Enzo plus, kapsul N30 Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 37 Brocsevin Gricar Chemical SRL-İtaliya dərman vasitəsi 38 MEDEFER Grand Medical-Polşa dərman vasitəsi 39 HEPAMAR Fortex Nutraceuticals LTD-Bolqariya dərman vasitəsi 40 HELON Deva Ticaret-Türkiyə dərman vasitəsi 41 İntroserebral GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə dərman vasitəsi 42 Ginbevit Pharmacy Laboratories s.c.-Polşa dərman vasitəsi 43 GUTROL Fortex Nutraceuticals LTD-Bolqariya dərman vasitəsi 44 PROSVENT SC Laboratoarele Medical S.R.L Rumıniyanın dərman vasitəsi 45 MAMATON “Ceego Labs Pvt.Ltd” Hindistan dərman vasitəsi 46 CARTİSİN “Ceego Labs Pvt.Ltd” Hindistan dərman vasitəsi 47 “NUTRAXİN ULTRA MEN” "BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi 48 “SİBERİAN GİNSENG” “Sirio Pharma Co.Ltd.” Çin dərman vasitəsi 49 İMPULSİN "Saşera-Med" MMC" Rusiya dərman vasitəsi 50 Hero Active "Saşera-Med" MMC" Rusiya dərman vasitəsi