Rusiyada itkin düşən azərbaycanlı ər və arvadın meyitləri tapılıb


Sosial 27 Avq 2018 17:31:15 250 0

Rusiyada itkin düşən azərbaycanlı ər və arvadın meyitləri tapılıb

Onlar bir neçə gün əvvəl itkin düşüblər

Rusiyanın Novosibirsk vilayətinin Zayeltsovskiy rayonunda yaşayan azərbaycanlı ər və arvadın meyitləri tapılıb.

"Report"un əldə etdiyi məlumata görə,əslən Azərbaycanın Qazax rayonundan olan, 1980-cı il təvəllüdlü Rəhimov Rəhim Həsənağa oğlu və xanımı 1985-ci il təvəllüdlü Kseniya Rəhimova rayon kənarında yaşadıqları evdən bir neçə gün əvvəl itkin düşüblər.

Yaxınlarının axtarışı nəticəsində ötən gün onların meyiti rayon ərazisindəki meşədə, yaşadıqları evə yaxın yerdətapılıb.

Meyitlərin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.