Bakı-Qazax magistralında avtobus yük avtomobili ilə toqquşub, 5 nəfər xəsarət alıb


Sosial 27 Avq 2018 16:21:09 235 0

Bakı-Qazax magistralında avtobus yük avtomobili ilə toqquşub, 5 nəfər xəsarət alıb

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır

Bakı-Qazax magistralında sərnişin avtobusu yük avtomobili ilə toqquşub, 5 nəfər xəsarət alıb

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində iri qabaritli sərnişin avtobusu mişar daşı yüklənmiş “KamAz” markalı avtomobilə arxadan çırpılıb.

Nəticədə avtobusda olan sərnişinlərdən 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan və Hacıqabul xəstxanalarına yerləşdirlib. Yaralı sərnişinlərin adları dəqiqləşdirlir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.