Siyəzəndə ağır yol qəzası baş verib, 6 nəfər ölüb


Sosial 25 Avq 2018 16:59:09 239 0

Siyəzəndə ağır yol qəzası baş verib, 6 nəfər ölüb

Faktla bağlı araşdırma aparılır

Siyəzən rayonunda minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanlb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayon ərazisində 53 BB 675 dövlət qeydiyyat nişanlı"VAZ-2107" və 99 AR 259 qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 qadın, 1 uşaq və 3 kişi olmaqla 6 nəfər hadisə yerində ölüb, 1 uşaq isə ağır yaralanıb. Azyaşlı Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.