Beyləqanda iki avtomobil toqquşub, ölən və yaralananlar var


Sosial 22 Avq 2018 12:57:40 259 0

Beyləqanda iki avtomobil toqquşub, ölən və yaralananlar var

​Beyləqan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

Beyləqan iki avtomobil toqquşub.

Daxili İşlər Nazirliyindən"Report"a verilən məlumata görə, avqustun 21-də saat 19 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakinləri Samir Sadıqovun və Nazim Nağıyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

Nəticədə S.Sadıqov hadisə yerində ölüb, N.Nağıyev və 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.