“Abituriyent Məsləhət Mərkəzləri” növbəti günlərdə də fəaliyyət göstərəcək


Sosial 10 Avq 2018 15:35:41 279 0

“Abituriyent Məsləhət Mərkəzləri” növbəti günlərdə də fəaliyyət göstərəcək

​Ali təhsil müəssisələrinin ixtisas seçimi avqustun 13-də başa çatır

Ali təhsil müəssisələrinin ixtisas seçimi avqustun 13-də başa çatır. Bunu nəzərə alaraq abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri” işlərini avqustun 11-12-də dədavam etdirəcəklər.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

“Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetinin əsas binasında fəaliyyət göstərəcəklər .

“Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

Bakıdakı “Abituriyent Məsləhət Mərkəzləri”i Azərbaycan Universiteti, Qərbi Kaspi Universitetində (Əsas bina) yerləşir. Dövlət İmtahan Mərkəzinin regional bölmələrindən isə Naxçıvan MR Regional Bölməsi, Göyçay Regional Bölməsi, Şəki Regional Bölməsi, Xaçmaz Regional Bölməsi, Lənkəran Regional Bölməsi, Gəncə Regional Bölməsi, Şirvan Regional Bölməsi, Bərdə Regional Bölməsi, Şəmkir Regional Bölməsində “Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir.