Şəkidə 63 yaşlı kişini ilan sancıb


Sosial 08 Avq 2018 13:52:38 321 0

Şəkidə 63 yaşlı kişini ilan sancıb

O,vəziyyəti ağır olduğundan Bakıya göndərilib

Şəki rayonunda 63 yaşlı kişini ilan sancıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə,rayonun Cuma kənd sakini, 1955-ci il təvəllüdlüMəhəmməd Adışirin oğluLoğmanovaxşam saatlarında özünə məxsus sahədə işləyərkən,qəflətən ilan onun sol baldır nahiyyəsindən sancıb.

Dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Loğmanova ilkin tibbi yardım göstərilib,ayağında kəskin şişkinlik müşahidə edildiyindən Bakıya,Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə göndərilib.