Bakıda yolun müəyyən edilməmiş hissəsindən keçən gənc oğlanı avtomobil vurub


Sosial 08 Avq 2018 04:07:38 320 0

Bakıda yolun müəyyən edilməmiş hissəsindən keçən gənc oğlanı avtomobil vurub

Yaralı xəstəxanaya yerləşdirilib

Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə metronun Nəriman Nərimov stansiyasının yaxınlığında baş verib.

1991-ci il təvəllüdlü Yusifov Yunis Ədalət oğlu piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib.