DİN: Gəncədə baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır və təxribat xarakteri daşıyır


Sosial 02 Avq 2018 14:40:30 305 0

DİN: Gəncədə baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır və təxribat xarakteri daşıyır

Nazirlik mətbuatı bu kimi xəbərləri hazırlayarkən həssas yanaşmağa çağırıb

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gəncə şəhərində baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır, həmin hadisə Azərbaycanda baş verməyib.

Bunu “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovniki İlham Babayev bildirib.

O deyib ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən belə bir hadisə qeydə alınmayıb.

İ.Babayev mətbuatı bu kimi xəbərləri hazırlayarkən həssas yanaşmağa çağırıb.

DİN-in mətbuat xidmətinin Qərb Regional Qrupundan da "Report"un yerli bürosuna bildirilib ki, yayılan videotəxribat xarakteri daşıyır: "Hadisəsinin guya Gəncə şəhərində baş verməsi tamamilə yalandır".

Qeyd edək ki, yayılmış video görüntülərdə hicablı qadının dükanda bir kişi tərəfindən diri-diri yandırılması əks olunur. Bəzi xəbər saytları həminhadisənin Gəncə şəhərində baş verdiyini iddia edib.