Bakıda parkda söyüşə görə dava olub, 1 nəfər bıçaqlanıb


Sosial 31 İyl 2018 04:45:18 309 0

Bakıda parkda söyüşə görə dava olub, 1 nəfər bıçaqlanıb

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Qaradağ rayonunda dava zamanı 1 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki parkda qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Zərbəliyev Elnur Mahmudoviç taksi fəaliyyəti ilə məşğul olan "VAZ-2106" markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Tərəflər arasında mübahisəyə səbəb təhqiredici ifadəolub. Onların mübahisəsiəlbəyaxa dava ilə nəticələnib. Dava zamanıE.Zərbəliyev bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Taksi sürücüsü isə hadisə yerindən avtomobili ilə qaçarkən Qaradağ Rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.