Bakıda eyvanda paltar asan qadın yerə yıxılıb


Sosial 28 İyl 2018 02:46:56 369 0

Bakıda eyvanda paltar asan qadın yerə yıxılıb

O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb

Nərimanov rayonunda bədbəxt hadisə nəticəsində 1 nəfər ağır xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Habil Mirzəyev küçəsində baş verib.

1977-ci il təvəllüdlü Fərzəliyeva Elnurə Akif qızı binanın ikinci mərtəbəsində yaşadığı evin eyvanında iş görərkən qəfildən yerə yıxılıb. O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.