Sumqayıtda əri tərəfindən döyülən qadın xəstəxanaya düşüb


Sosial 24 İyl 2018 19:59:32 269 0

Sumqayıtda əri tərəfindən döyülən qadın xəstəxanaya düşüb

.

Sumqayıtda əri tərəfindən döyülən30 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 18-ci mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər Corat qəsəbə sakini 1988-ci il təvəllüdlü Rüstəmova Pərvanə Rasim qızı əri tərəfindən döyülüb. O aldığı ağır xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hadisənin ailə münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.