Cəlilabadda 7 yaşlı oğlanı maşın vurub


Sosial 18 İyl 2018 15:52:00 257 0

Cəlilabadda 7 yaşlı oğlanı maşın vurub

Faktla bağlı araşdırma aparılır

Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, minik avtomobili şəhər sakini 2011-ci il təvəllüdlü Quliyev Həsən Cavid oğlunu vurub. Yaralı xəsarətlərlə xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.