Şamaxıda əri və qızının ölümünə səbəb olan qəzanı törədən sürücünün cinayət işi məhkəməyə göndərilib


Sosial 18 İyl 2018 15:13:13 288 0

Şamaxıda əri və qızının ölümünə səbəb olan qəzanı törədən sürücünün cinayət işi məhkəməyə göndərilib

Məhkəmənin hazırlıq iclası iyulun 20-nə təyin edilib

Şamaxıda ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlqar İbrahimov və Gülnarə Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası iyulun 20-nə təyin edilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi ötən il oktyabrın 2-də saat 9:00 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində baş verib.

Həmin ərazidə Bakı şəhər sakini G.Hüseynovanın və Ağsu rayon sakini İ.İbrahimovun idarə etdikləri “Mercedes” markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman Cəbiyev, qızı Nigar Hüseynova, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.

Daha sonra İ.İbrahimov və G.Hüseynova saxlanılıb.