ADRA direktorunun müavini: "Ötən bir ildə 2 minə yaxın reklam konstruksiyasının yayımı dayandırılıb"


Sosial 18 İyl 2018 13:07:34 359 0

ADRA direktorunun müavini: "Ötən bir ildə 2 minə yaxın reklam konstruksiyasının yayımı dayandırılıb"

"Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların qeydiyyatdan keçməsi üçün prosedurlar sadələşdiriləcək"

"Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların qeydiyyatdan keçməsi üçün mövcud prosedurların sadələşdirilməsi məqsədi ilə elektron müraciət sisteminin yaradılması prosesi sentyabrda başa çatacaq".

“Report”un xəbərinə görə, bunu Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) direktor müavini Orxan Əliyev deyib.

O, sahibkarlara xəbərdarlıq da edib. Agentlik direktoru deyib ki, sahibkarlar reklam konstruksiyasının növünə, texniki tələblərinə, istismara yararlılığına diqqət etməlidirlər.

O.Əliyev qeyd edib ki, bir il ərzində 2 minə yaxın reklam konstruksiyasının yayımı dayandırılıb, 10-a yaxın inzibati protokol tərtib olunub: “Cərimələr müxtəlifdir, 500 manatdan 10 min manata qədərdir”.

Direktor bildirib ki, agentlik reklamlarda Azərbaycanın dil normalarının qorunması istiqamətində də addımlar atır: “Gündəlik belə faktlarla bağlı müraciətlər olur. Normaların pozulmasına imkan vermirik”.