Bakı sakini əmisi arvadını yumruqla vuraraq öldürüb


Sosial 18 İyl 2018 10:17:57 258 0

Bakı sakini əmisi arvadını yumruqla vuraraq öldürüb

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakıda qadın qohumu tərəfindən qətlə yetirilib.

“Report”un xəbərinə görə, paytaxtın Pirallahı rayonunda 1974-cü il təvəllüdlü Mariya Qəhrəmanovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Araşdırma zamanı onun qaynı oğlu 1983-cü il təvəllüdlü Rəsul Hüseynov tərəfindən öldürüldüyü məlum olub.

R.Hüseynov saxlanılıb.

İlkin məlumata görə, qadın başına yumruq vurulması nəticəsində öldürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.