Gədəbəydə 20 yaşlı qız 17 yaşlı qardaşını qətlə yetirib - YENİLƏNİB


Sosial 17 İyl 2018 11:07:00 259 0

Gədəbəydə 20 yaşlı qız 17 yaşlı qardaşını qətlə yetirib - YENİLƏNİB

Yaxınları bədbəxt hadisə zamanı öldüyünü bildirir

Gədəbəy rayonunda 17 yaşlı qardaşını bıçaqlayaraq qətlə yetirən 20 yaşlı qız saxlanılıb.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Slavyanka kənd sakini, 1998-ci il təvəllüdlüSevinc Sübhan qızı Alıyeva qardaşı 2001-ci il təvəllüdlüSamir Sübhan oğluAlıyevi bıçaqlayaraq öldürməkdə şübhəli bilinərək Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, S.Alıyevanın valideynləri hadisənin ehtiyyatsızlıqdan baş verdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***8:19

Gədəbəy. 17 iyul.