Prokuror "Çudo Peçka”nın sahibinə 13 il cəza istəyib


Sosial 12 İyl 2018 15:09:03 89 0

Prokuror "Çudo Peçka”nın sahibinə 13 il cəza istəyib

Çingiz Cəlilov məhkəmədən vaxt istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasında Ç.Cəlilovun vəkili Janna Bağırovanın qaldırdığı vəsatətə münasibət bildirilib.

Vəkil vəsatətlərində müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilib ev dustaqlığı ilə əvəz olunmasını və cinayət işində Maliyyə-Mühasibatlıq Ekspertizasının yenidən keçirilməsini tələb etmişdi.

Məhkəmə hər iki vəsatəti təmin etməyib.

Daha sonra məhkəmə istintaqının tamamlandığı elan olunub.

Dövlət ittihamçısı çıxışında Ç.Cəlilovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Bank Standard” QSC-nın nümayəndəsi çıxış edərək prokurorla razı olduğunu deyib.

Ç.Cəlilovun vəkili isə müddafiə çıxışına hazır olmadığını və məhkəmədən vaxt istədiyini deyib.

Məhkəmənin növbəti iclası iyulun 20-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Ç.Cəlilovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxsin və övladlarının əmlaklarının ümumi dəyəri 7 milyon 300 min manat kimi qiymətləndirilib və bütün əmlaklarına həbs qoyulub.

Xatırladaq ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Krimanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Krimanın barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda o, "İnterpol" xətti ilə axtarışa verilib.

Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankdakı payını iki dəfədən çox artırıb like
  • 12 İyl 15:08  
Digərləri Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankdakı payını iki dəfədən çox artırıb

Unibankın səhmdarları siyahısında dəyişiklik olub. Bankın səhmdarların

arrow Ətraflı
Tələbələrin iştirakı ilə arxeoloji düşərgə təşkil edilib like
  • 12 İyl 15:00  
Digərləri Tələbələrin iştirakı ilə arxeoloji düşərgə təşkil edilib

Lerik rayonunun Gürdəsər qəsəbəsində ali təhsil müəssisələrinin təl

arrow Ətraflı
Puçdemon İspaniyaya təhvil veriləcək like
  • 12 İyl 14:57  
Dünya Puçdemon İspaniyaya təhvil veriləcək

Almaniya məhkəməsi dövlət vəsaitinin talan edilməsinə görə İspaniyan

arrow Ətraflı
Avropa Oyunlarından Olimpiadaya yol gedəcək like
  • 12 İyl 14:56  
İdman Avropa Oyunlarından Olimpiadaya yol gedəcək

“Minsk 2019” II Avropa Oyunlarında 4 idman növü üzr

arrow Ətraflı
Müəlimlərin işə qəbulu üzrə test imtahanlarının keçirilmə TARİXLƏRİ açıqlandı like
  • 12 İyl 14:52  
Digərləri Müəlimlərin işə qəbulu üzrə test imtahanlarının keçirilmə TARİXLƏRİ açıqlandı

Azərbaycanda müəlimlərin işə qəbulu üzrə test imtahanlarının iyul ay

arrow Ətraflı
Tələbə köçürmələrinin nəticələri bu tarixdə açıqlanacaq like
  • 12 İyl 14:47  
Digərləri Tələbə köçürmələrinin nəticələri bu tarixdə açıqlanacaq

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssis

arrow Ətraflı
Ağdamda ağır qəza: like
  • 12 İyl 14:43  
Digərləri Ağdamda ağır qəza:

Ağdamda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadis

arrow Ətraflı
Bank Respublika ipoteka portfelini 22% artırdı like
  • 12 İyl 14:41  
Digərləri Bank Respublika ipoteka portfelini 22% artırdı

Ölkədə ipotekanın inkişaf etdirilməsi hər zaman Bank Respublikanın fəal

arrow Ətraflı
Elmira Axundovanın oğlu məhkəmədə ifadə verdi like
  • 12 İyl 14:39  
Digərləri Elmira Axundovanın oğlu məhkəmədə ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən El

arrow Ətraflı
Azərbaycanın 2 FİFA referisi Avroliqa oyunlarına təyinat alıb like
  • 12 İyl 14:38  
İdman Azərbaycanın 2 FİFA referisi Avroliqa oyunlarına təyinat alıb

Azərbaycanlı FİFA referiləri Avropa Liqasının 1-ci təsnifat mərhələsin

arrow Ətraflı
Bakının məşhur otelində müştərinin pulları oğurlandı like
  • 12 İyl 14:35  
Digərləri Bakının məşhur otelində müştərinin pulları oğurlandı

Bakıda məşhur oteldə müştərinin pulları oğurlanıb.

arrow Ətraflı
Təhsil Nazirliyi: Tələbə köçürmələrinin nəticələri avqustun sonlarında açıqlanacaq like
  • 12 İyl 14:34  
Digərləri Təhsil Nazirliyi: Tələbə köçürmələrinin nəticələri avqustun sonlarında açıqlanacaq

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssis

arrow Ətraflı
Tramp tərəfdaşlarını NATOdan çıxmaqla hədələdi like
  • 12 İyl 14:31  
Dünya Tramp tərəfdaşlarını NATOdan çıxmaqla hədələdi

"ABŞ prezidenti Donald Tramp tərəfdaşlarını NATO-dan çıxmaqla həd

arrow Ətraflı
"Xəncər və kəsici alətlər olduğunu gözləmirdik" like
  • 12 İyl 14:27  
Digərləri "Xəncər və kəsici alətlər olduğunu gözləmirdik"

İyulun 10-da Gəncədə baş verən iğtişaş zamanı xəsarət alan şəhər

arrow Ətraflı