ANAMA mütəxəssisləri "Aqua Park" istirahət mərkəzinin dəniz sahili ərazisinə baxış keçirib


Sosial 10 İyl 2018 04:21:48 367 0

ANAMA mütəxəssisləri "Aqua Park" istirahət mərkəzinin dəniz sahili ərazisinə baxış keçirib

Ərazidən 1 ədəd əleyhqazın hava təmizləyicisi aşkar olunub

Bu gün gecə saatlarında FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Abşeron rayonunun Novxanı kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

“Report” xəbər verir ki, məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Abşeron rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə "Aqua Park" istirahət mərkəzinin dəniz sahili ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd əleyhqazın hava təmizləyicisi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əleyhqazın hava təmizləyicisinin tapıldığı yerin ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.