FHN: “Quba Palace Hotel”də faciəli hadisə təmir işləri aparılan zaman baş verib


Sosial 09 İyl 2018 15:58:32 301 0

FHN: “Quba Palace Hotel”də faciəli hadisə təmir işləri aparılan zaman baş verib

Araşdırma aparılır

Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda “Quba Palace Hotel”də baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, ilkin araşdırmalara əsasən, Rusiya Federasiyasının SCADA şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb. Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar aparılır.