Goranboyda qadın və iki qızı itkin düşüb - FOTO


Sosial 08 İyl 2018 17:35:56 228 0

Goranboyda qadın və iki qızı itkin düşüb - FOTO

Onlar 4 gün əvvəl evdən çıxaraq geri dönməyiblər

Goranboy rayonunda qadın iki övladı ilə birgə itkin düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə 4 gün öncə Goranboyun Səfikürd kəndində baş verib.

Günorta saatlarında 26 yaşlı Məmmədova Bəsti Kazım qızları - 6 yaşlı Ləman və 4 yaşlı Dəniz Məmmədzadələri də götürərək yaşadığı evdən gedib. Qadının yaxınları və qohumları da onlardan xəbərsiz olduqlarını deyiblər.

Bəsti Məmmədova və azyaşlı qızlarının itkinin düşməsi barədə Goranboy rayon Polis şöbəsinə məlumat verilib.

B.Məmmədova və övladlarını görənlərdən 070-915-94-35, 050-390-84-80, 070-633-59-25 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.