Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə İranın əsassız hücumlarını müzakirə edib
Siyasət 07 Mar 2026 09:40:00 96 0
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaş Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya telefonla zəng edib.
Bu xəbəri də oxu: Müctəba Dərmiçiludan SEPAHa məxsus "Telegram" kanallarında yazılanlara
Bu barədə Son.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Telefon danışığı zamanı regionda cərəyan edən proseslər müzakirə edilib. Spikerlər İran İslam Respublikası tərəfindən hər iki ölkənin ərazisinə və mülki əhalisinə qarşı həyata keçirilən əsassız hücumlarla bağlı ciddi narahatlıqlarını ifadə edərək, bu cür hərəkətləri qətiyyətlə pisləyiblər.
Tərəflər vurğulayıblar ki, həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirlikləri xalqları sülh və sabitliyin tərəfdarıdır və mülki əhaliyə qarşı yönəlmiş belə hücumlar qəbuledilməzdir.
Saqr Qobaş son hadisələr fonunda Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikası, ölkə rəhbərliyi və xalqımızla həmrəy olduğunu vurğulayaraq, dost ölkələrimiz arasındakı həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Spiker Sahibə Qafarova bu mövqeyinə görə təşəkkürünü bildirib.
Spikerlər gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edərək, xalqları təmsil edən parlamentlərin dialoq və qarşılıqlı anlaşmanın təşviqində özünəməxsus rol oynadığını bildiriblər.
Telefon danışığı zamanı həmçinin, dövlətlərin suverenliyinə hörmət göstərilməsinin, beynəlxalq hüquq prinsiplərinə və BMT Nizamnaməsinə riayət edilməsinin, habelə regionda təhlükəsizlik və sabitliyin qorunması üçün dost ölkələr arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Regional təhlükəsizlik və sabitliyin qorunması baxımından dost ölkələr arasında koordinasiya və məsləhətləşmələrin gücləndirilməsinin önəmi ifadə edilib.
Fars körfəzini Hind okeanından ayıran və körfəzdən yeganə çıxış yol
İtaliyanın xüsusilə cənub bölgələrində məşhur olan "Panzerotti&q
Alimlər okeanların dərinliklərində gizlənən və bəşəriyyət üçün b�
İspaniyadakı "Calatrava" ordeninə mənsub bir cəngavərin skeletin
Artan enerji xərcləri fonunda vətəndaşlar alternativ isitmə üsulları axt
Alimlərin apardığı araşdırmaya görə, insanların seçdiyi yeməklər onl
İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu Baku TV-yə müsahibəsi
İnternetdə bir nəfərin Ermənistanın paytaxtı İrəvandakı Milli Təhlük
6 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini v
Avropada karyera qurmaq istəyənlər üçün yeni bir hədəf müəyyənləşib
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikas�
Faciəvi şəkildə dünyasını dəyişən müğənni Kamil Sərməsov dəfn ed
Martın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə "Mənim oğlum qəhrə
