Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib (FOTO)


Digərləri 06 Mar 2026 23:05:00 161 0

Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib (FOTO)

Martın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə "Mənim oğlum qəhrəmandır!" layihəsi çərçivəsində müqəddəs Ramazan ayı və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.

Müqəddəs Ramazan ayına təsadüf edən tədbir çərçivəsində iftar süfrəsi açılıb.

Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan qəhrəman şəhidlərimizin anaları, ailə üzvləri iştirak ediblər.

Son.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib, onlarla həmsöhbət olub.

Tədbir torpaqlarımızın bütövlüyü uğrunda döyüşmüş qəhrəman şəhidlərimizin xatirəsinə ehtiramın, onların ailələrinə dövlət və cəmiyyət qayğısının ifadəsi olaraq keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaətindən, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının qəhrəmanlığından danışılıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunub, Uca Yaradandan dünyada sülhün, ölkəmizdə əmin-amanlığın bərqərar olması dilənib.

Şəhid ailələrinin adından çıxış edən Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını bildirib, qayğı və ehtirama görə minnətdarlığını ifadə edib.

Daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış ediblər.

Qeyd edək ki, Vətən uğrunda şəhid olan qəhrəman oğullarımızın yad edildiyi, onların bizə əmanət qoyduqları ailələrin iştirak etdiyi "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihələri çərçivəsində silsilə tədbirlər təşkil olunur. Bu cür tədbirlər şəhid ailələrini bir araya gətirərək dövlətin və Azərbaycan xalqının daima onların yanında olduğunu bir daha hiss etdirir. Bu tədbirlər şəhid ailələrinə diqqət və qayğının, onların qəhrəman övladlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, bu istiqamətdə dövlət tərəfindən görülən işlərə dəstək məqsədi daşıyır.

Azərbaycanda SEPAHın tapşırıqlarını yerinə yetirən vətəndaşlar saxlanılıb like
  • 06 Mar 22:57  
Siyasət Azərbaycanda SEPAHın tapşırıqlarını yerinə yetirən vətəndaşlar saxlanılıb

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəş

arrow Ətraflı
Ali Məhkəmənin hakimi vəfat etdi like
  • 06 Mar 22:42  
Digərləri Ali Məhkəmənin hakimi vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Kuimova Vera Gennadiy

arrow Ətraflı
İlham Əliyev Çexiyanın Baş nazirinə minnətdarlığını bildirib like
  • 06 Mar 21:46  
Siyasət İlham Əliyev Çexiyanın Baş nazirinə minnətdarlığını bildirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana dro

arrow Ətraflı
Naxçıvanı vuran SEPAH bu imkanları itirdi like
  • 06 Mar 21:08  
Digərləri Naxçıvanı vuran SEPAH bu imkanları itirdi

SEPAH generalları İranda faktiki olaraq hakimiyyəti ələ keçiriblər. Ali d

arrow Ətraflı
Bayram və istirahət günlərinin havası açıqlandı  külək, yağış... like
  • 06 Mar 21:03  
Digərləri Bayram və istirahət günlərinin havası açıqlandı külək, yağış...

Bayram və istirahət günlərində Azərbaycanda gözlənilən hava şəraiti a

arrow Ətraflı
Çexiyanın Baş naziri İlham Əliyevə məktub ünvanlayıb like
  • 06 Mar 20:47  
Siyasət Çexiyanın Baş naziri İlham Əliyevə məktub ünvanlayıb

Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasının P

arrow Ətraflı
Əli Əsədov belaruslu həmkarını İranın Naxçıvana dron hücumu barədə məlumatlandırıb like
  • 06 Mar 20:37  
Siyasət Əli Əsədov belaruslu həmkarını İranın Naxçıvana dron hücumu barədə məlumatlandırıb

Martın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belaru

arrow Ətraflı
İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub like
  • 06 Mar 20:31  
Siyasət İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub

Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Serbiy

arrow Ətraflı
ABŞ İranın Naxçıvana endirdiyi zərbələri pisləyib like
  • 06 Mar 20:21  
Siyasət ABŞ İranın Naxçıvana endirdiyi zərbələri pisləyib

ABŞ İranın Naxçıvana pilotsuz təyyarələrinin hücumlarını pisləyib.

arrow Ətraflı
Qeydiyyatsız yaşayanlara xəbərdarlıq like
  • 06 Mar 20:17  
Digərləri Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

Vətəndaşların yaşadığı yer üzrə qeydiyyata düşməsi qanunvericilikd�

arrow Ətraflı
Azərbaycanın İrandakı səfiri təsirli paylaşım etdi  FOTO like
  • 06 Mar 20:11  
Digərləri Azərbaycanın İrandakı səfiri təsirli paylaşım etdi FOTO

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə sosial media hesabında paylaş

arrow Ətraflı
Azərbaycanın tanınmış polkovniki vəfat etdi  FOTO like
  • 06 Mar 20:04  
Digərləri Azərbaycanın tanınmış polkovniki vəfat etdi FOTO

Təqaüddə olan Tərtərin sabiq hərbi prokuroru Arif Quliyev vəfat edib.

arrow Ətraflı
Antonio Koşta ilk dəfə Bakıya gəlir like
  • 06 Mar 19:58  
Siyasət Antonio Koşta ilk dəfə Bakıya gəlir

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbay

arrow Ətraflı