ABŞ İranın Naxçıvana endirdiyi zərbələri pisləyib
Siyasət 06 Mar 2026 20:21:00 131 0
ABŞ İranın Naxçıvana pilotsuz təyyarələrinin hücumlarını pisləyib.
Bu xəbəri də oxu: Bayram Beqay Prezident İlham Əliyevə zəng edib
Son.az xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verilib.
"ABŞ 5 mart tarixində İran tərəfindən Naxçıvana qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları ilə hücumları qətiyyətlə pisləyir və Azərbaycan xalqı ilə tam həmrəy olduğunu bildirir.
ABŞ-nin Azərbaycandakı Səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və hücum nəticəsində yaralanan şəxslərə tezliklə sağlamlıqlarını bərpa etməyi arzulayır", - səfirliyin paylaşımında qeyd olunur.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə hücum edilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, texniki vasitələr İran İslam Respublikasının silahlı qüvvələrinin hücumlar həyata keçirmək üçün Azərbaycanın Naxçıvan bölgəsinə dörd pilotsuz uçuş aparatı (PUA) göndərdiyini aşkar edib. Onlardan biri Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib, digərləri isə dərslər zamanı orta məktəb də daxil olmaqla mülki infrastruktur obyektlərini hədəfə alıb. Orta məktəb binasına yönəlmiş PUA xoşbəxtlikdən hədəfə çatmayıb və məktəbin yaxınlığında qəzaya uğrayıb partlayıb.
Hadisə nəticəsində dörd mülki şəxs yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq, İran İslam Respublikasından vəziyyəti dərhal aydınlaşdırmasını, izahat verməsini və oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün lazımi təcili tədbirlər görməsini tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb və İran tərəfinə sərt etiraz bildirilib.
Vətəndaşların yaşadığı yer üzrə qeydiyyata düşməsi qanunvericilikd�
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə sosial media hesabında paylaş
Təqaüddə olan Tərtərin sabiq hərbi prokuroru Arif Quliyev vəfat edib.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbay
Sabah Ramazan ayının on yeddinci günüdür.
Xəbər verildiyi kimi, 5 mart tarixində İran Naxçıvana dron hücumu edib. M
Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat h
Gürcüstanda 23 yaşlı azərbaycanlı qadın əməliyyatdan sonra ölüb.
Bakı - Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alterna
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ord
Azərbaycanı "Avroviziya 2026" mahnı müsabiqəsində təmsil edəc�
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "
Bəzi güclü məişət cihazlarını uzatma kabelinə qoşmaq qızma və yanğ�
TƏBİƏTLƏ TƏMASDA OL , ƏSRARƏNGİZLİYİ TƏSVİR ET! şüarı alt�
