Arktika bölgəsinə maraq buzlu sularda yol açan buzqıran gəmilərə ehtiyacı artırır


Dünya 06 Mar 2026 07:07:00 111 0

Arktika bölgəsinə maraq buzlu sularda yol açan buzqıran gəmilərə ehtiyacı artırır

İqlim dəyişikliyi və geosiyasi balansların təsiri ilə gündəmdəki yerini getdikcə möhkəmləndirən Arktika bölgəsində ölkələr buzlu sularda hərəkət qabiliyyətini artırmaq üçün daha çox buzqıran gəmiyə sahib olmağı hədəfləyir.

Son.az xəbər verir ki, dünyada ticarət əsasən dəniz yolu ilə həyata keçirilsə də, Şimal Qütbü və ətrafını əhatə edən Arktika bölgəsində ilin böyük hissəsində suyu örtən buz təbəqəsi və mövsümi şərtlər gəmilərin hərəkətini məhdudlaşdırır. Digər tərəfdən, son illərdə iqlim dəyişikliyinin təsiri ilə bölgədəki şəraitin dəyişməsi Arktikadakı dəniz yollarının daha əlverişli hala gəlməsinə yol açır.

Asiya ilə Avropa arasındakı məsafəni qısaldan Şimal Dəniz Marşrutuna (NSR) ev sahibliyi edən bölgə, eyni zamanda təbii sərvətləri ilə də diqqət çəkir. Bütün bu inkişaflar işığında Arktika dünya siyasətində önəmli mövzulardan biri olaraq qalır.

Finlandiyanın "Aker Arctic" firmasının Satış və Marketinq müdiri Arto Uuskallio buzqıranların texniki xüsusiyyətləri haqqında məlumat verib. O bildirib ki, bu gəmilər möhkəmləndirilmiş konstruksiyaları, güclü mexanizmləri və şiddətli soyuqlara dözümlü sistemləri ilə digər gəmilərdən fərqlənir.

Uuskallio qeyd edib ki, buzqıranlar üzərinə çıxdığı buz təbəqəsini ağırlığı ilə qırmağı təmin edən xüsusi burun hissəsi (pruva) ilə təchiz olunub. Gövdələri və digər komponentləri buzla daimi təmasda aşınmayacaq şəkildə inşa edilir.

"Buzqıran sadəcə buz parçalayan bir gəmi deyil. Dünyanın ən soyuq və mexaniki cəhətdən ən çətin mühitlərində təhlükəsiz və effektiv fəaliyyət göstərmək üçün burundan quyruğa qədər xüsusi dizayn edilmiş bir vasitədir."

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik dövründə Arktikadakı Qrenlandiyaya "milli təhlükəsizlik" narahatlığı ilə sahib olmaq ritorikasını artırarkən, həm də buzqıran gəmilərlə bağlı addımlar atır. Hazırda fəaliyyətdə olan buzqıranlarının sayı məhdud olan ABŞ, 2025-ci ilin oktyabrında Finlandiya ilə 11 buzqıranın istehsalı ilə bağlı razılaşma imzalayıb. Bu addım dünyanın ən böyük və yeganə nüvə enerjili buzqıran donanmasına sahib olan Rusiyaya çatmaq cəhdi kimi qiymətləndirilir.

Çin isə Arktikada hərəkət qabiliyyəti təmin edən yerli gəmilərini istehsal edir və əməliyyatlarını daha çox Antarktikada cəmləşdirir.

Kanadanın Laval Universitetinin professoru Frederik Lasserre vurğulayır ki, dəniz sərhədlərinin qorunması və təbii ehtiyatların çıxarılması üçün güclü buzqıran donanması şərtdir. O qeyd edib ki, Rusiya SSRİ dövründən bəri Şimal Dəniz Marşrutunu inkişaf etdirmək üçün şüurlu bir siyasət yürüdür.

Norveçin Fridtyof Nansen İnstitutunun professoru Arild Moe isə xatırladır ki, ölkələrin donanmalarını müqayisə edərkən onların istifadə məqsədlərinə baxılmalıdır:

Rusiya: Mineral çıxarma və ticarət gəmilərinə yol göstərmə.

ABŞ və Kanada: Sahil mühafizəsi və elmi araşdırmalar.

Çin: Əsasən Antarktika missiyaları. Lalə Qüdrətova Son.az

Mayaların it ticarəti etdiyinə dair sübutlar tapıldı like
  • 06 Mar 06:06  
Dünya Mayaların it ticarəti etdiyinə dair sübutlar tapıldı

Yeni tapıntılar göstərir ki, Klassik Dövr Maya icmaları uzaq məsafələr

arrow Ətraflı
Hər damcı 110 volt: Yağışı elektrik enerjisinə çevirən perovskit günəş panelləri hazırlandı like
  • 06 Mar 05:05  
Digərləri Hər damcı 110 volt: Yağışı elektrik enerjisinə çevirən perovskit günəş panelləri hazırlandı

İspaniyada hazırlanmış hibrid perovskit panel təkcə günəşdən deyil, h�

arrow Ətraflı
Damarları açır, öd kisəsini təmizləyir: Mətbəxinizdəki möcüzəvi ikili like
  • 06 Mar 00:56  
Digərləri Damarları açır, öd kisəsini təmizləyir: Mətbəxinizdəki möcüzəvi ikili

Mətbəximizin ən sadə məhsullarından olan qatıq və kətan toxumu bir aray

arrow Ətraflı
Xameneinin oğlu lider seçilir  Trampın reaksiyası gündəm oldu like
  • 06 Mar 00:41  
Dünya Xameneinin oğlu lider seçilir Trampın reaksiyası gündəm oldu

İranın növbəti liderinin seçilməsində şəxsən iştirak etməliyəm.

arrow Ətraflı
Xəmirin rahat yayılması üçün nə etməli? like
  • 06 Mar 00:35  
Digərləri Xəmirin rahat yayılması üçün nə etməli?

Xəmirin rahat yayılması üçün doğru un seçimi çox vacibdir. Aşağı pro

arrow Ətraflı
Bayramovla Mirzoyan regiondakı son hadisələrdən danışdı like
  • 06 Mar 00:24  
Siyasət Bayramovla Mirzoyan regiondakı son hadisələrdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici

arrow Ətraflı
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı? like
  • 06 Mar 00:16  
Dünya Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?

BBC-nin arxivlərində qorunan qeydlər arxeoloq Hovard Karterin 12 fevral 1924-

arrow Ətraflı
Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür like
  • 06 Mar 00:02  
Digərləri Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür

Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyət

arrow Ətraflı
Şahbaz Şərif Pakistanın Azərbaycanla həmrəyliyini ifadə edib like
  • 05 Mar 22:41  
Siyasət Şahbaz Şərif Pakistanın Azərbaycanla həmrəyliyini ifadə edib

Azərbaycan rəhbərliyinin və xalqının yanında olan Pakistan gərginliyi da

arrow Ətraflı
Filarmoniyanın abonement konsertləri  FOTO like
  • 05 Mar 22:24  
Kriminal Filarmoniyanın abonement konsertləri FOTO

7 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pian

arrow Ətraflı
Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri keçirilib   FOTO like
  • 05 Mar 22:14  
Kriminal Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri keçirilib FOTO

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma

arrow Ətraflı
İranın Naxçıvana dron hücumu nəticəsində yaralananların vəziyyəti açıqlandı like
  • 05 Mar 22:10  
Digərləri İranın Naxçıvana dron hücumu nəticəsində yaralananların vəziyyəti açıqlandı

İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları n�

arrow Ətraflı
"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə" like
  • 05 Mar 21:34  
Şou-biznes "Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə"

"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram gedib orada ç

arrow Ətraflı
Kobaxidze İlham Əliyevə zəng edib like
  • 05 Mar 21:20  
Siyasət Kobaxidze İlham Əliyevə zəng edib

Martın 5-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublik

arrow Ətraflı