Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?


Dünya 06 Mar 2026 00:16:00 119 0

Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?

BBC-nin arxivlərində qorunan qeydlər arxeoloq Hovard Karterin 12 fevral 1924-cü ildə Misir fironu Tutanhamonun məzarını necə kəşf etdiyini bütün təfərrüatları ilə göstərir.

Son.az xəbər verir ki, 1936-cı ilə aid bir radio qeydində Hovard Karter 12 fevral 1924-cü ildə komandası ilə birlikdə firon Tutanhamonla "qarşılaşan" ilk insanlar olduqları anı belə təsvir edir:

"İnsan ayağının bura sonuncu dəfə dəydiyi vaxtdan 33 əsr keçmişdi, lakin buna baxmayaraq, canlı həyatın izləri hələ də ətrafımızda idi."

Karter BBC-yə danışanda xəzinələrlə dolu məzarın tapılmasından artıq 14 il keçmişdi. Fironun toxunulmamış məzarını möcüzəvi şəkildə tapan Karter bu kəşflə həm özünü dünya şöhrətli simaya çevirmiş, həm də dünyada qədim Misirə qarşı böyük bir maraq dalğası başlatmışdı.

Karter fironun min illərdir toxunulmayan daş tabutuna (lahit) çatdıqda hiss etdiyi qəribə duyğuları bu sözlərlə bölüşmüşdü:

"Yarı dolu bir məhlul qabı, qaralmış bir lampa, diqqətsiz bir dülgərin yerdə qoyub getdiyi taxta parçaları..."

Komanda 1130 kiloqram ağırlığındakı daş qapağı qaldıranda məzara ilk dəfə işıq düşmüşdü. Karter o anı belə xatırlayırdı:

"Gözlərimizin önündə canlanan mənzərə o qədər möhtəşəm idi ki, dodaqlarımızdan heyrət dolu bir nida qopdu. İçəridə gənc kralın mükəmməl işçiliklə hazırlanmış qızıl heykəli dururdu."

Dünyanın ən böyük arxeoloji kəşflərindən birini etməsinə baxmayaraq, Hovard Karterin rəsmi təhsili yox idi və o, 15 yaşında məktəbi atmışdı. Norfolkdakı evinin yaxınlığında yaşayan aristokrat bir ailənin Misir kolleksiyasına maraq salan Karter rəssamlıq qabiliyyəti sayəsində 17 yaşında Misirdə rəssam-cizgiçi kimi işə düzəlmişdi.

Tutanhamonun məzarının tapılması isə böyük ölçüdə şans məsələsi idi. Məzarın girişi əsrlər boyu qalıq təbəqələri ilə gizli qaldığı üçün nə qəbir oğruları, nə də arxeoloqlar onu tapa bilmişdilər.

1922-ci ilin noyabrında Karter bir şam tutaraq məzarın kiçik dəliyindən içəri baxanda gördüklərini belə ifadə etmişdi:

"Hər yerdə qızılın parıltısı var idi."

Misirin 18-ci sülaləsinin 11-ci fironu olan Tutanhamon taxta çıxanda cəmi 8-9 yaşlarında idi. Təxminən 17 yaşında vəfat edən gənc kralın ölüm səbəbi isə hələ də elm dünyası üçün sirr olaraq qalır.

Bu kəşf 1920-ci illərin populyar mədəniyyətinə də dərindən təsir etdi; piramida və lotos çiçəyi motivləri modadan tutmuş memarlığa (Art Deco), səssiz filmlərdən caz mahnılarına qədər hər şeyə ilham verdi.

Kəşfdən bir əsrdən çox vaxt keçsə də, Tutanhamonun hekayəsi insanları valeh etməyə davam edir. Hazırda fironun mumiyalanmış bədəni Misirdəki Krallar Vadisindəki məzarında, məşhur qızıl dəfn maskası isə Qahirə yaxınlığındakı Böyük Misir Muzeyində nümayiş etdirilir. Lalə Qüdrətova Son.az

Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür like
  • 06 Mar 00:02  
Digərləri Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür

Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyət

arrow Ətraflı
Şahbaz Şərif Pakistanın Azərbaycanla həmrəyliyini ifadə edib like
  • 05 Mar 22:41  
Siyasət Şahbaz Şərif Pakistanın Azərbaycanla həmrəyliyini ifadə edib

Azərbaycan rəhbərliyinin və xalqının yanında olan Pakistan gərginliyi da

arrow Ətraflı
Filarmoniyanın abonement konsertləri  FOTO like
  • 05 Mar 22:24  
Kriminal Filarmoniyanın abonement konsertləri FOTO

7 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pian

arrow Ətraflı
Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri keçirilib   FOTO like
  • 05 Mar 22:14  
Kriminal Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri keçirilib FOTO

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma

arrow Ətraflı
İranın Naxçıvana dron hücumu nəticəsində yaralananların vəziyyəti açıqlandı like
  • 05 Mar 22:10  
Digərləri İranın Naxçıvana dron hücumu nəticəsində yaralananların vəziyyəti açıqlandı

İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları n�

arrow Ətraflı
"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə" like
  • 05 Mar 21:34  
Şou-biznes "Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə"

"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram gedib orada ç

arrow Ətraflı
Kobaxidze İlham Əliyevə zəng edib like
  • 05 Mar 21:20  
Siyasət Kobaxidze İlham Əliyevə zəng edib

Martın 5-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublik

arrow Ətraflı
Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib like
  • 05 Mar 20:45  
Digərləri Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib

Martın 5-də Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib.

arrow Ətraflı
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib like
  • 05 Mar 19:58  
Siyasət BƏƏ Prezidenti İlham Əliyevə zəng edib

Martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd

arrow Ətraflı
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana hücum aktını müzakirə etdi like
  • 05 Mar 19:27  
Siyasət Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana hücum aktını müzakirə etdi

Martın 5-də Türkiyə milli müdafiə naziri Yaşar Gülerin təşəbbüsü il

arrow Ətraflı
Ərdoğan İlham Əliyevə zəng edib like
  • 05 Mar 19:19  
Siyasət Ərdoğan İlham Əliyevə zəng edib

Martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Az

arrow Ətraflı
Azərbaycanİran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı like
  • 05 Mar 19:08  
Digərləri Azərbaycanİran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı

Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobilləri

arrow Ətraflı
Britaniya İranın hücumlarını dəf etmək üçün Qətərə qırıcılar göndərir like
  • 05 Mar 18:49  
Dünya Britaniya İranın hücumlarını dəf etmək üçün Qətərə qırıcılar göndərir

Böyük Britaniya İranın hücumlarını dəf etməyə yardım göstərmək ü�

arrow Ətraflı