Gəncənin icra başçısı və mühafizəçisi güllələnib


Sosial 03 İyl 2018 22:13:23 425 0

Gəncənin icra başçısı və mühafizəçisi güllələnib

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına silahlı hücum olub.

"Report"un hüquq–mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə nəticəsində icra başçısı Elmar Vəliyev və mühafizəçisi Qasım Aşbazov güllə yaraları alıb.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.

Faktla bağlı Daxili İşlər Nazirliyi məlumat yayacaq.