Qərb rayonlarına elektrik enerjisi verilişi bərpa edilib


Sosial 03 İyl 2018 01:59:21 286 0

Qərb rayonlarına elektrik enerjisi verilişi bərpa edilib

Bakı və ətraf qəsəbələrdə elektrik enerjisi təchizatında yaranmış problemlərin aradan qaldırılması istiqamətində iş aparılır

Azərbaycanın Qərb rayonlarına elektrik enerjisi verilişi bərpa edilib.

“Report” xəbər verir ki, bu, Mingəçevirin "Azərbaycan" İES-nin yarımstansiyasında baş vermiş qəzanın fəsadlarının qismən aradan qaldırılması sayəsində mümkün olub.

Bildirildiyinə görə, hazırda Bakı və ətraf qəsəbələrdə elektrik enerjisi təchizatında yaranmış problemlərin aradan qaldırılması istiqamətində iş aparılır.