Mütəşəkkil cinayətkar qrupların külli miqdarda narkotik vasitələri ölkəyə gətirmələrinin qarşısı alınıb
Sosial 02 İyl 2018 15:28:00 349 0
Əməliyyat-axtarış tədbirləri davam etdirilir
DSX-nın Mətbuat mərkəzindən "Report"a verilən məlumata görə, fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Astarada narkotik vasitəni qəbul edərək sifarişçiyə çatdırmalı olan Astara şəhər sakini, 1987-ci il təvəllüdlü Abdullayeva Aynur Mahir qızı saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti müəyyən olunub.
İyulun 1-dəəməliyyat-axtarış tədbirinin davamı olaraq DİN-in Sumqayıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə Sumqayıt şəhərində narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuş, Corat qəsəbə sakini, 1966-cı il təvəllüdlü Ağayeva Xalidə İlyas qızı saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən saxlanılmış şəxslər barəsində Cinayət Məsuliyyətinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.