"İnterpol" tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı hava limanında saxlanılıb


Sosial 02 İyl 2018 12:34:58 274 0

"İnterpol" tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı hava limanında saxlanılıb

O, Xarkovdan Antalyaya uçmaq istəyib

Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları "İnterpol" tərəfindən qətl və soyğunçuluğa görə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb.

Bu barədə "Report" "İnterfaks-Ukrayina" agentliyinə istinadən xəbər verir.

"Dünən Xarkov-Antalya reysinin sərnişinlərinin qeydiyyatı zamanı Azərbaycan vətəndaşının adı "İnterpol" məlumat bazasında çıxıb. Otuz yeddiyaşlı kişi qətl və soyğunçuluğa görə beynəlxalq axtarışda olub", - Ukrayna Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Tutulan şəxsUkrayna Milli Polisinin nümayəndələrinə təhvil verilib.