İyulun 1-dən Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə dövlət nəzarətini həyata keçirəcək


Sosial 29 İyn 2018 12:16:13 348 0

İyulun 1-dən Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə dövlət nəzarətini həyata keçirəcək

Qoşqar Təhməzli: "Sahibkarlara verilən gigiyenik sertifikatlar ləğv edilib"

"İyulun 1-dən etibarən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə dövlət nəzarətini həyata keçirəcək".

"Report" xəbər verir ki, bunu Agentliyin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qida məhsullarının dövlət qeydiyyatının reyestrinin aparılması ASAN xidmətin müvafiq şöbələrində icra olunacaq: "Azərbaycanda bu günə qədər proses həyata keçirilmirdi. Sahibkarlar bu günə qədər gigiyenik sertifikatlar əldə edərək işlərini görürdülər. Lakin artıq həmin gigiyenik sertifikatlar ləğv edilib. Bu beynəlxalq standartların tələblərinə uyğun qaydadır".

Q.Təhməzli qeyd edib ki, sahibkarlar ixrac etdikləri məhsullara qida təhlükəsizliyi sertifikatı alacaqlar: "Bu beynəlxalq konvensiyalara uyğun şəkildə icra olunacaq. Dövlət rüsumları da müəyyənləşdirilib və təsdiqlənib".

O əlavə edib ki, müəssisələrdə istehsal olunan məhsullar beynəlxalq ekspertizaya cəlb olunacaq: "Bu da risk qrupuna görə dəyərləndiriləcək. Ekspertlər məhsulu risk qrupuna görə qiymətləndirib laboratoriyaya göndərəcək. İyulun 1-dən etibarən Kənd Təsərrüfatı Nazirliyi baytarlıq sahəsində vaksinasiya işlərini həyata keçirəcək. Eyni zamanda, bitkilərdə bağlı dərmanlama işlərinə başlanılacaq".