"Mənim yox, həmin xalq artistlərinin adı siyahıda olmalıdır"


Şou-biznes 03 Mar 2026 21:39:00 142 0

"Mənim yox, həmin xalq artistlərinin adı siyahıda olmalıdır"

"Mənim yox, həmin xalq artistlərinin adı siyahıda olmalıdır"

Xəbər verdiyimiz kimi, son günlər bir sıra televiziya proqramlarının bağlanması və bəzi müğənnilərə efir qadağası tətbiq olunması ilə bağlı yayılan məlumatlar ölkənin şou-biznes mühitində geniş müzakirələrə səbəb olub. Baş verən proseslər fonunda Azərbaycan televiziya məkanında yeni qaydaların tətbiq olunduğu, efir məsuliyyəti və musiqi keyfiyyəti məsələlərinin yenidən gündəmə gətirildiyi bildirilir.

Manset.az-ın yaydığı məlumata görə, ciddi musiqini təbliğ etmədikləri, efir etikası və sənət məsuliyyətinə yetərincə riayət etmədikləri iddiası ilə daha bir qrup müğənni və sənət adamına efir qadağası qoyulub. Yayılan siyahıda tanınmış müğənni və aparıcı Əli Mirəliyevin də adının yer aldığı qeyd olunur.

Son.az xəbər verir ki, musavat.com-un əməkdaşı məsələ ilə bağlı Əli Mirəliyevin mövqeyini öyrənib:

- Yəqin ki bilirsiniz, bəzi müğənnilərə efir qadağası qoyulması ilə bağlı siyahı yayılıb. Bu barədə mövqeyiniz necədir?

-O adları siyahıya salınanlar əsasən qalmaqal yaradan müğənnilərdir. Özləri bilərəkdən qalmaqal yaradırlar ki, camaat onları məhz qalmaqalla tanısın. Niyə Mənsum İbrahimov, Zakir Əliyev, Babək Niftəliyev qalmaqal yaratmır? Çünki onlar oxuya bilirlər. Mənim də adımı qalmaqallı adam kimi təqdim ediblər. Halbuki mən qalmaqalçı deyiləm. Sadəcə həmin şəxslərə deyirəm ki, mahnını düzgün oxumursunuz. Niyə əndazədən çıxıb başqa cür ifa edirsiniz?

Mən bunları deyəndə isə mənə "qalmaqalçı" damğası vururlar. Sözün düzünü deyən adam qalmaqalçı olur? Mahnıları yeni aranjiman adı ilə tam dəyişirlər, halbuki bəstəkar musiqini elə yazmayıb. Nəfəsi düzgün almırlar, notları və sözləri düzgün oxumurlar. Mən 76 yaşında bir insanam, pedaqoqam, 20 ildən çoxdur bunları deyirəm, amma eşitmirdilər. Nəhayət, aidiyyəti qurumlar da səsimizi eşitdi və dedilər ki, Əli Mirəliyev qalmaqalçı deyil, Azərbaycan musiqisini qoruyan adamdır. Mən sadəcə düzgün oxumağa çağırıram. Məqsəd nədir - ağzımı yumum, danışmayım ki, siz də harada gəldi, necə gəldi istədiyinizi oxuyasınız? Bizim dövrdə efirdə danışmaq yox idi, oxumaq var idi.

-Bilirsiniz ki, təkcə müğənnilərə deyil, bəzi aparıcılara da efir qadağası qoyulduğu deyilir, hətta bəzi verilişlər bağlanır. Bunu necə qiymətləndirirsiniz?

-Düz edirlər! Aparıcı niyə müğənniyə belə sual verir ki, "uşağınız olub, atası kimdir?" Bu nə sualdır? Müğənni də efirdə deyir ki, uşağımın atası evlidir, ondan uşaq dünyaya gətirmişəm. Bu necə efirdir? Aparıcının ailə məsələsinə qarışmağa nə ixtiyarı var? Mən 10 ildən çoxdur aparıcıyam, əvvəl Kanal ARB-də, indi isə Kanal S-də çalışıram. Nəhayət ki, səsimizi eşitdilər. Camaat yeməyə pul tapmır, amma bəzilərinin başına dollar səpirlər. Dollar ee dollar! Adlarını da istəsəniz, çəkə bilərəm.

-Əlbəttə, çəkə bilərsiniz.

-Bu gün kimlərin başına dollar atırlar? Əlbəttə ki, Şəbnəm Tovuzlu, Vəfa və digərlərinin. Sonra da həmin dollar səpən adamları aparırlar bölməyə, barələrində cinayət işi açırlar, çünki başqa işlərlə məşğul olurlar. Bu gün jurnalistlər zəng edib deyirlər ki, mənim də adım efir qadağası siyahısındadır.

-Bəli, mediada yayılan siyahıda sizin də adınız qeyd olunub.

-Mənim adım siyahıdadırsa, niyə verilişimi bağlamayıblar? Niyə özünüzdən nəsə uydurursunuz? Yəqin məndən xoşları gəlir deyə yazıblar (gülür). Kiminsə yazmağı ilə Əli Mirəliyevə qadağa qoyulmur. Mən gəncliyimdə rəhmətlik Gülarə Əliyevanın "Dan ulduzu" instrumental ansamblında çalışmışam. O məni böyük bəstəkarlarla tanış edib, o cümlədən Ramiz Mirişli, Oqtay Kazımov, Qəmbər Hüseynli, Telman Hacıyev, Elza İbrahimova və başqaları ilə. Bir də ki, mənim adımı niyə siyahıya salıblar? Mən axı illərdir ki, oxumuram, aparıcılıq edirəm. Sadəcə oxumağa hörmət edirəm. Elə bil jurnalistlər mənimlə məzələnirlər...


Xəbərə aid foto

“Onların imkanları tükənmək üzrədir” like
  • 03 Mar 21:26  
Digərləri “Onların imkanları tükənmək üzrədir”

"ABŞ və İsrailin hərbi əməliyyatları yaxın günlərdə uğursuzluql

arrow Ətraflı
İsrail Tehranda genişmiqyaslı hücuma başladı like
  • 03 Mar 21:15  
Digərləri İsrail Tehranda genişmiqyaslı hücuma başladı

Yaxın Şərqdə davam edən şiddətli münaqişə yeni mərhələyə qədəm q

arrow Ətraflı
Efir qadağası qoyulduğu iddia edilən Təranə Qumraldan AÇIQLAMA like
  • 03 Mar 21:13  
Şou-biznes Efir qadağası qoyulduğu iddia edilən Təranə Qumraldan AÇIQLAMA

Efir qadağası qoyulduğu iddia olunan müğənnilərlə bağlı yayılan yeni

arrow Ətraflı
Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi like
  • 03 Mar 21:05  
Digərləri Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi

Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Lənkərana eniş edi

arrow Ətraflı
Rusiya İrana hərbi texnika göndərdi  ABŞ məhv etdi like
  • 03 Mar 21:00  
Dünya Rusiya İrana hərbi texnika göndərdi ABŞ məhv etdi

Gözlənildiyi kimi, Rusiya və Çin İrana hərbi dəstək vermək istəmirlər

arrow Ətraflı
Vədiyə Ələkbərzadəyə vəzifə verildi like
  • 03 Mar 20:44  
Digərləri Vədiyə Ələkbərzadəyə vəzifə verildi

Sağlam Ailə Tibb Mərkəzləri Şəbəkəsində kadr dəyişikliyi baş verib.

arrow Ətraflı
Bağlanan özəl universitetin binası BDUya verildi like
  • 03 Mar 20:32  
Digərləri Bağlanan özəl universitetin binası BDUya verildi

Bakı Dövlət Universitetinin 1 saylı tədris korpusunda təmir-bərpa işlər

arrow Ətraflı
Səudiyyə Ərəbistanı İrana zərbə endirə bilər  KİV like
  • 03 Mar 20:17  
Dünya Səudiyyə Ərəbistanı İrana zərbə endirə bilər KİV

İsrail Səudiyyə Ərəbistanının İrana zərbələrə qoşulacağına əmind

arrow Ətraflı
"Özümə arzulayıram ki, bayramlarda evdə olmayım" like
  • 03 Mar 20:04  
Şou-biznes "Özümə arzulayıram ki, bayramlarda evdə olmayım"

"Yemək barəsində zəif insanam. Pəhriz saxlamıram. Son günlər 3-4 ki

arrow Ətraflı
Bakı dairəvi yolda nəqliyyat vasitəsi yandı, sıxlıq yarandı like
  • 03 Mar 19:50  
Digərləri Bakı dairəvi yolda nəqliyyat vasitəsi yandı, sıxlıq yarandı

Yasamal rayonu, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yan

arrow Ətraflı
"Kişi həyat yoldaşına gözəl gün yaşatmalıdır" like
  • 03 Mar 19:42  
Şou-biznes "Kişi həyat yoldaşına gözəl gün yaşatmalıdır"

"Kişi həyat yoldaşına gözəl gün yaşatmağı bacarmalıdır".

arrow Ətraflı
Ramazan ayının 14cü gününün duası  İmsak və iftar vaxtı like
  • 03 Mar 19:28  
Digərləri Ramazan ayının 14cü gününün duası İmsak və iftar vaxtı

Sabah Azərbaycanda Ramazan ayının 14-cü günüdür.

arrow Ətraflı
Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib like
  • 03 Mar 19:25  
Siyasət Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şura

arrow Ətraflı
İsrail İranın Ekspertlər Şurasının Qumdakı binasına zərbə endirdi like
  • 03 Mar 19:21  
Dünya İsrail İranın Ekspertlər Şurasının Qumdakı binasına zərbə endirdi

İsrail Müdafiə Ordusu İranın Qum şəhərində Ekspertlər Şurasının icl

arrow Ətraflı
İsrail Tehrandakı Mehrabad hava limanına zərbə endirdi like
  • 03 Mar 19:20  
Dünya İsrail Tehrandakı Mehrabad hava limanına zərbə endirdi

İsrail Tehranda Mehrabad hava limanına hava zərbəsi endirib.

arrow Ətraflı