Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib


Siyasət 03 Mar 2026 19:25:00 100 0

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası çərçivəsində "Yaşıl enerji layihələri" sessiyası keçirilib.

Son.az xəbər verir ki, Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin probleminə toxunub, bunun ildən-ilə daha çox narahatlıq doğuran məsələ olduğunu bildirib. "Deməliyəm ki, bu problem təkcə bizi və Xəzər dənizi ilə qonşu olan digər ölkələri narahat etmir. Xəzər dənizi əslində daha geniş qlobal ekosistemin güzgüsüdür. Ona görə də əgər Xəzər dənizi problem yaşayırsa, bu o deməkdir ki, dünya ekosistemi də problem içindədir. Əlbəttə ki, bu, böyük narahatlıq doğurur. Ancaq mən yalnız müsbət düşüncənin tərəfdarıyam, ona görə də əminəm ki, biz bir yerdəyik, Xəzər dənizinin səviyyəsinin yenidən qalxması üçün əlimizdən gələni edə biləcəyik və onun Aral dənizi və Urmiya gölü kimi yox olmasına imkan verməyəcəyik", - deyə o əlavə edib.

Leyla Əliyeva son 100 ildə Xəzərdə suitilərin 1 milyondan 200 minə qədər azaldığını qeyd edib.

O, həmçinin ölkəmizin bərpaolunan enerji layihələrinə fəal şəkildə investisiya yatırdığını və məqsədimizin regional yaşıl enerji mərkəzinə çevrilmək olduğunu bildirib.

Avropa Komissiyasının Energetika Baş idarəsinin direktoru Kristina Lobilyo Borrero bərpaolunan təmiz texnologiyaların tətbiqinin qazıntı yanacaqlardan asılılığı azaldaraq enerji təhlükəsizliyini artırdığını, vətəndaşları və sənayeni qiymət dəyişkənliyindən qoruduğunu bildirərək bu dəyişikliklərin həm də yeni sənaye imkanları və uzunmüddətli sabitliyin göstəricisi olduğunu qeyd edib.

Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycanın bərpaolunan enerji potensialından söz açaraq bioenerji, geotermal resurslar və yaşıl hidrogenin inkişafı istiqamətində işlər görüldüyünü qeyd edib. Agentliyin direktoru, eyni zamanda, Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi üçün beynəlxalq əməkdaşlıq çərçivəsində əsas fəaliyyət sənədləri hazırlandığını diqqətə çatdırıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan "SOCAR Green"in baş direktoru Elmir Musayev şirkətin fəaliyyəti haqqında danışaraq əsas məqsədlərinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək neft-qaz obyektlərini dekarbonlaşdırmaq və Azərbaycanda ekspert biliklərini konsolidasiya etmək olduğunu bildirib.

"Masdar Azərbaycan" MMC-nin direktoru Murad Sadıqov, "ACWA Power" şirkətinin Biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova, bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə baş maliyyə meneceri Ayla Əzizova, "Xlinks" layihəsinin icraçı direktoru Ceyms Hamfrey, Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlomer və digərləri çıxış edərək bərpaolunan enerji sahəsindəki perspektivlərdən söz açıblar.


Xəbərə aid fotolar

İsrail İranın Ekspertlər Şurasının Qumdakı binasına zərbə endirdi like
  • 03 Mar 19:21  
Dünya İsrail İranın Ekspertlər Şurasının Qumdakı binasına zərbə endirdi

İsrail Müdafiə Ordusu İranın Qum şəhərində Ekspertlər Şurasının icl

arrow Ətraflı
İsrail Tehrandakı Mehrabad hava limanına zərbə endirdi like
  • 03 Mar 19:20  
Dünya İsrail Tehrandakı Mehrabad hava limanına zərbə endirdi

İsrail Tehranda Mehrabad hava limanına hava zərbəsi endirib.

arrow Ətraflı
Azərbaycanda hər gün 32 uşaq nikahdankənar doğulur like
  • 03 Mar 19:05  
Digərləri Azərbaycanda hər gün 32 uşaq nikahdankənar doğulur

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı azalır.

arrow Ətraflı
Pezeşkiandan ölkədəki son vəziyyətlə bağlı AÇIQLAMA like
  • 03 Mar 18:43  
Digərləri Pezeşkiandan ölkədəki son vəziyyətlə bağlı AÇIQLAMA

"Milli birlik bizim ən mühüm dəyərimizdir. Mövcud vəziyyətə baxmay

arrow Ətraflı
“Aydana demişəm ki, mən sənin əvəzinə45 yerdə çalışaram” like
  • 03 Mar 18:40  
Şou-biznes “Aydana demişəm ki, mən sənin əvəzinə45 yerdə çalışaram”

Aktyor İbrahim Çingiz xanımı və həmkarı Aydan Axundzadə ilə evliliyind�

arrow Ətraflı
Soçidə ardarda zəlzələ oldu like
  • 03 Mar 18:23  
Dünya Soçidə ardarda zəlzələ oldu

Qara dəniz akvatoriyasında 4,5 bal gücündə təkrar yeraltı təkanlar baş

arrow Ətraflı
Xameneinin səhhəti əladır  İran KİV like
  • 03 Mar 18:21  
Digərləri Xameneinin səhhəti əladır İran KİV

"İranın mərhum Ali Lideri Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei

arrow Ətraflı
Xəstə uşaq üçün toplanan vəsaiti oğurladı like
  • 03 Mar 18:06  
Digərləri Xəstə uşaq üçün toplanan vəsaiti oğurladı

Ağır xəstəlikdən əziyyət çəkən azyaşlıya yardım məqsədilə kart h

arrow Ətraflı
"Səs tellərimin üstündə şiş var idi" like
  • 03 Mar 18:04  
Şou-biznes "Səs tellərimin üstündə şiş var idi"

Meyxanaçı Orxan Lökbatanlı bir neçə gün əvvəl yayılan ölüm xəbərin

arrow Ətraflı
“Muğamat axşamı” konserti təqdim olunub like
  • 03 Mar 17:55  
Kriminal “Muğamat axşamı” konserti təqdim olunub

Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konserti təqdim

arrow Ətraflı
19 yaşlı qız dəm qazından ZƏHƏRLƏNDİ like
  • 03 Mar 17:52  
Digərləri 19 yaşlı qız dəm qazından ZƏHƏRLƏNDİ

Gəncədə 19 yaşlı gənc qız dəm qazından zəhərlənib.

arrow Ətraflı
Qazın qiyməti kəskin BAHALAŞDI like
  • 03 Mar 17:44  
Digərləri Qazın qiyməti kəskin BAHALAŞDI

Avropa bazarlarında "mavi yanacağ"ın dəyəri 2023-cü ilin yanvar�

arrow Ətraflı
Bu qabları yenidən istifadə etməyin  Ciddi xəbərdarlıq like
  • 03 Mar 17:27  
Digərləri Bu qabları yenidən istifadə etməyin Ciddi xəbərdarlıq

Qatıq və dondurma qabları əsasən birdəfəlik istifadə üçün istehsal ol

arrow Ətraflı
Dünən müdafiə naziri təyin olunan general bu gün ÖLDÜRÜLDÜ like
  • 03 Mar 17:14  
Dünya Dünən müdafiə naziri təyin olunan general bu gün ÖLDÜRÜLDÜ

İranın müdafiə naziri vəzifəsinin icrasını müvəqqəti həyata keçir�

arrow Ətraflı