Varlıların bank hesablarından kasıblara PUL KÖÇÜRƏN bank müdiri
Digərləri 03 Mar 2026 14:15:00 82 0
2009-cu ildə İtalyada baş verən hadisə illər keçsə də müzakirə mövzusu olaraq qalır.
Bu xəbəri də oxu: Uşaqlar reklamlarda yalnız bu halda istifadə oluna bilər
Son.az xəbər verir ki, bank müdiri vəzifəsində çalışan Cilberto Baskiera kredit almaq istəyən, lakin imkanı çatmayan müştərilərin müraciətlərini görəndə sistemə "öz üsulu" ilə müdaxilə etmək qərarına gəlib.
Hadisə necə baş verib?
Məlumata görə, bankdan kredit götürmək istəyən bəzi kasıb müştərilərin müraciətləri rədd edilib. Bundan sonra müdiri qərara alıb ki, varlı müştərilərin hesablarından az-az məbləğdə vəsaiti gizli şəkildə digər - maddi imkanı zəif şəxslərin hesablarına köçürsün.
Plan belə olub ki, kredit alan şəxslər sonradan həmin pulları geri qaytarsınlar və heç kim zərər görməsin. Lakin bəzi müştərilər vəsaiti geri ödəməyib.
1 milyon avroluq əməliyyat
İddialara görə, 7 il ərzində sistemdəki boşluqdan istifadə edilərək ümumilikdə 1 milyon avroya yaxın vəsait köçürülüb. Nəticədə məsələ üzə çıxıb və hüquq-mühafizə orqanları müdaxilə edib.
Bank müdiri saxlanılıb və məhkəmə tərəfindən 2 il həbs cəzası alıb. Lakin onun özünə bir qəpik belə götürmədiyi, şəxsi qazanc əldə etmədiyi nəzərə alınaraq həbs cəzası təxirə salınıb.
"Bir də etmərəm..."
İşini və evini itirən keçmiş bank müdiri sonradan açıqlamasında bildirib:
"Bir də eyni şeyi etmərəm. İnsanlardan həmrəylik görmədim. Bəziləri heç nə baş verməmiş kimi davrandılar".
Hadisə cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri onu "Robin Hud" adlandıraraq kasıblara kömək etdiyi üçün dəstəkləyib. Digərləri isə bank sisteminə qanunsuz müdaxiləni cinayət sayaraq bu addımı düzgün hesab etməyib.
Mütəxəssislər bildirirlər ki, niyyət yaxşı olsa belə, maliyyə sistemində qanunsuz əməliyyatlar hüquqi məsuliyyət yaradır.
Bu hadisə bir daha göstərir ki, sosial ədalət anlayışı ilə qanun arasında incə xətt mövcuddur. Cilbertonun hekayəsi həm mərhəmət, həm də məsuliyyət mövzusunda uzun müddət müzakirə olunacaq hadisələrdən biri kimi tarixə düşüb.
Hüseyn Son.az
Xəbərə aid video
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələ
Koronavirus infeksiyasını keçirən şəxslərin əhəmiyyətli hissəsində s
"Regionlarda torpaq və əmlakın qiymətləndirilməsi prosesində qanunve
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlər
Xalq artisti Məleykə Əsədova evindən fotolarını izləyiciləri ilə böl
Yapon, Koreya və Avropa istehsalı olan avtomobillər üçün ehtiyat hissələ
Təmir şirkətləri "kvadrat metr" üzərindən sabit qiymət təklif
Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızın�
"Ferrari" komandasının monakolu pilotu Şarl Lekler evlənib.
Xırdalanda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı yeni layi
Meksika narkotik kartelinin lideri "El Menço" ləqəbli Ruben Oseqer
"Əgər mən Obamanın İranla bağladığı dəhşətli nüvə sazişini (
Martın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu
Ermənistanın baş naziri Nikol Paşinyan və keçmiş həyat yoldaşı Anna Ak
Elektron siqaretlərin istifadəsi məqsədilə saxlanılmasına görə cərimə
