Regionlarda torpaq qiymətləri süni şəkildə artırılır? AQCdən ciddi ittiham


Digərləri 03 Mar 2026 13:52:00 157 0

Regionlarda torpaq qiymətləri süni şəkildə artırılır?  AQCdən ciddi ittiham

"Regionlarda torpaq və əmlakın qiymətləndirilməsi prosesində qanunvericiliyin tələblərinə zidd müdaxilələr olur".

Bunu Son.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İctimai Əlaqələr Departamentinin rəhbəri Orxan Əli deyib. 

Onun sözlərinə görə, xüsusilə bələdiyyə torpaqlarının qiymətləndirilməsi zamanı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-qanuni müdaxilələr edilir və sertifikatlı qiymətləndiricilərin rəyləri qəbul olunmur.

"Qüvvədə olan qanunvericiliyə əsasən qiymətləndirmə fəaliyyəti yalnız Dövlət İmtahan Mərkəzində imtahan verərək sertifikat almış peşəkar qiymətləndiricilər tərəfindən həyata keçirilməlidir. Lakin praktikada bəzi hallarda  Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının özlərinin qiymət müəyyənləşdirməyə cəhd göstərdiyi və müstəqil qiymətləndiricinin rəyini əsasız şəkildə rədd etdiyi müşahidə olunur. Bu, birbaşa qanunun pozulmasıdır. Qiymətləndirmə səlahiyyəti olmayan qurumun özbaşına qiymət təyin etməsi nə hüquqi, nə də iqtisadi baxımdan əsaslandırıla bilər", - deyə Orxan Əli bildirib.

O vurğulayıb ki, regionlarda bu problem daha qabarıq şəkildə özünü göstərir. Məsələn, ucqar dağ kəndində yaşayan və uzun illər istifadə etdiyi torpağı sənədləşdirmək istəyən vətəndaş üçün qiymətləndirici yerində araşdırma aparır, sosial-iqtisadi vəziyyəti, infrastruktur imkanlarını və bazar şərtlərini nəzərə alaraq real qiymət müəyyən edir. Lakin sənədlər aidiyyəti quruma təqdim olunduqda, həmin qiymət qəbul edilmir və süni şəkildə dəfələrlə yüksək məbləğ tələb olunur:

"Normal şəraitdə yüzlərlə torpaq sahəsi qanuni dövriyyəyə daxil ola biləcəyi halda, süni maneələr səbəbindən proses faktiki olaraq dayanır. Niyə? Çünki hansısa məmur belə istəyir? Məgər o məmur bilmir ki, 2023-cü ildən etibarən yeni qanunvericiliklə qiymətləndirmə səlahiyyəti yalnız müstəqil və sertifikatlı qiymətləndiricilərə verilib? Amma hələ də keçmişdə qalıb. Düşünür ki, bu səlahiyyət hələ də onundur. Qanun qüvvədədirsə və təsdiqlənibsə, onun icrası müzakirə mövzusu olmamalıdır".

AQC rəsmisinim sözlərinə görə, məsələ ilə bağlı həm vətəndaşlardan, həm də bələdiyyələrdən çoxsaylı şikayətlər daxil olur və problemin sistemli şəkildə araşdırılmasına ehtiyac var:

"Bakıda vətəndaş vəkilə müraciət edir, hüquqları qoruya bilir. Lerikin dağ kəndi olan Coni sakini Məmməd kişi dağ başında vəkili hardan tapsın. Bu onun ümidi elə bələdiyyə sədrinədir ki, müvafiq dövlət qurumu da ona maneə yaradır. Hüququnu axtarmaq üçün Məmməd kişiyə rayon mərkəzinə getmək üçün azı 50 manat lazımdır. Yol yox, maşın yox. Ona görə də fikrindən daşınır elə sənədsiz yaşayır. Nəticədə nə baş verir?  Dövlət büdcəsi pul itirir, sənədsiz torpaq sayı azalmır.  Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq hesab edirik ki, qanunun aliliyinin təmin olunması, qiymətləndirmə fəaliyyətinə əsassız müdaxilələrin dayandırılması və vahid hüquqi yanaşmanın tətbiqi vacibdir".

Mina Son.az


Xəbərə aid fotolar

Bu şəxslərin maaşı ARTIRILDI  RƏSMİ like
  • 03 Mar 13:50  
Digərləri Bu şəxslərin maaşı ARTIRILDI RƏSMİ

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlər

arrow Ətraflı
Xalq artisti dəbdəbəli evindən FOTOlarını yaydı like
  • 03 Mar 13:50  
Şou-biznes Xalq artisti dəbdəbəli evindən FOTOlarını yaydı

Xalq artisti Məleykə Əsədova evindən fotolarını izləyiciləri ilə böl

arrow Ətraflı
Azərbaycanda 26 illik məşhur şirkət yüksək məbləğdə borca DÜŞDÜ like
  • 03 Mar 13:43  
Digərləri Azərbaycanda 26 illik məşhur şirkət yüksək məbləğdə borca DÜŞDÜ

Yapon, Koreya və Avropa istehsalı olan avtomobillər üçün ehtiyat hissələ

arrow Ətraflı
Təmir şirkətlərinin “kvadrat metr” OYUNU – Ziyana düşə bilərsiniz like
  • 03 Mar 13:40  
Digərləri Təmir şirkətlərinin “kvadrat metr” OYUNU – Ziyana düşə bilərsiniz

Təmir şirkətləri "kvadrat metr" üzərindən sabit qiymət təklif

arrow Ətraflı
Tələbə arvadını və 8 aylıq körpəsini öldürən şəxsə bu cəza VERİLDİ like
  • 03 Mar 13:32  
Digərləri Tələbə arvadını və 8 aylıq körpəsini öldürən şəxsə bu cəza VERİLDİ

Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızın�

arrow Ətraflı
"Ferrari"nin ulduzu onunla evləndi like
  • 03 Mar 13:20  
Dünya "Ferrari"nin ulduzu onunla evləndi

"Ferrari" komandasının monakolu pilotu Şarl Lekler evlənib.

arrow Ətraflı
Tıxac probleminə SON: Bu ərazidə yeni yol və tunellər tikiləcək like
  • 03 Mar 13:13  
Digərləri Tıxac probleminə SON: Bu ərazidə yeni yol və tunellər tikiləcək

Xırdalanda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı yeni layi

arrow Ətraflı
Qəbiristanlığa qızıl tabutda gətirildi like
  • 03 Mar 13:06  
Dünya Qəbiristanlığa qızıl tabutda gətirildi

Meksika narkotik kartelinin lideri "El Menço" ləqəbli Ruben Oseqer

arrow Ətraflı
"Həmin sazişi ləğv etməsəydim, dünya tamam başqa cür olardı" like
  • 03 Mar 12:50  
Dünya "Həmin sazişi ləğv etməsəydim, dünya tamam başqa cür olardı"

"Əgər mən Obamanın İranla bağladığı dəhşətli nüvə sazişini (

arrow Ətraflı
Soyuqlar bitmir, 10 dərəcə şaxta olacaq  PROQNOZ like
  • 03 Mar 12:46  
Digərləri Soyuqlar bitmir, 10 dərəcə şaxta olacaq PROQNOZ

Martın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu

arrow Ətraflı
Paşinyan Akopyanla buna görə ayrılıb... like
  • 03 Mar 12:45  
Dünya Paşinyan Akopyanla buna görə ayrılıb...

Ermənistanın baş naziri Nikol Paşinyan və keçmiş həyat yoldaşı Anna Ak

arrow Ətraflı
Elektron siqaret çəkənlər cərimələnəcək  MƏBLƏĞ like
  • 03 Mar 12:37  
Digərləri Elektron siqaret çəkənlər cərimələnəcək MƏBLƏĞ

Elektron siqaretlərin istifadəsi məqsədilə saxlanılmasına görə cərimə

arrow Ətraflı
Ayın 1dən bunu edənlər 5000 manat CƏRİMƏLƏNƏCƏK like
  • 03 Mar 12:31  
Digərləri Ayın 1dən bunu edənlər 5000 manat CƏRİMƏLƏNƏCƏK

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə sat

arrow Ətraflı
Uşaqlar reklamlarda yalnız bu halda istifadə oluna bilər like
  • 03 Mar 12:27  
Digərləri Uşaqlar reklamlarda yalnız bu halda istifadə oluna bilər

Reklamlarda uşaqların görüntüsü yalnız valideyn, yaxud onları əvəz ed�

arrow Ətraflı
Milli Məclis Ombudsman fəaliyyətini yekdilliklə təsdiqlədi like
  • 03 Mar 12:21  
Siyasət Milli Məclis Ombudsman fəaliyyətini yekdilliklə təsdiqlədi

Milli Məclis Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil

arrow Ətraflı